09 avqust şəhid Leytenant Samir Əliyev doğum günüdür. Şəhidin günü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, Şəhid ailələri və rayon ictimaiyyəti Şəhidin II Fəxri Xiyabanda məzarını ziyarət edib, önünə gül dəstələri düzərək dualar oxuyub, ruhunu böyük ehtiramla anıblar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmişbütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.