Şəhid Elzar Yusubova həsr olunmuş “Şəhidləri anırıq” adlı tədbir keçirilib

Şəhid Elzar Yusubova həsr olunmuş “Şəhidləri anırıq” adlı tədbir keçirilib
Yanvarın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid Elzar Yusubov Süleyman oğluna həsr edilmiş “Şəhidləri anırıq” adlı tədbir keçirilib. Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov,  Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-sektor müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi sükutla yad edilib. Daha sonra şəhidimizin həyat yolundan bəhs edən videoçarx nümayiş olunub.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini-sektor müdiri Elmar Hüseynov, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova, Şəhidin anası Günəş Daşdəmirova, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova, şair Raziyə Rzazadə, Kifayət Bayramova çıxış edərək bildiriblər ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü şəhidlərimizin göstərdiyi fədakarlıq hesabına qorunub saxlanılır.  Şəhidlər yalnız hərbi vəzifələrini yerinə yetirməyib, eyni zamanda xalq qarşısında tarixi məsuliyyət daşıyıblar. Onların adı və irsi milli yaddaşın ayrılmaz hissəsi kimi qorunmalıdır.
Tədbirin bədii hissəsində 281 nömrəli tam orta məktəbinin şəhidin adını daşıyan 6d sinfinin və məzun olduğu 76 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeir kompozisiyası və musiqi nümunələri səsləndirilib.