Şəhid Davud Məmmədli doğum günündə ehtiramla yad edilib

Şəhid Davud Məmmədli doğum günündə ehtiramla yad edilib
23 may 2026-cı il tarixdə şəhid Məmmədli Davud Fuad oğlunun anım günüdür. Şəhidimizin mövludu ilə əlaqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini – sektor müdiri Elmar Hüseynov və digər rəsmi şəxslər, şəhid ailə üzvləri şəhidin Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarını ziyarət etmiş, tər güllər düzmüş və dualar oxumuşlar.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.