Şuşanın dirçəldilməsi geniş vüsət alıb

Şuşanın dirçəldilməsi geniş vüsət alıb

Günel Atakişiyeva

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 327 saylı orta məktəbin müəllimi

2020-ci il sentyabrın 27-dən Azərbaycan xalqının Ali Baş Komandanı,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı ədalətli müharibə 44 gündən sonra zəfərlə başa çatdı. Noyabrın 8-də dünya hərb sənətinin nadir nümunələrindən biri olan Şuşa əməliyyatı nəticəsində  Şuşanın azad edilməsi bu Zəfərin pik nöqtəsi oldu.

2024-cü il mayın 10-da Ulu Öndərimiz Heydər Əliyevin anım günündə Şuşa şəhərinə köçən sakinlərlə görüşdə Prezident İlham Əliyev tarixi Zəfərimizin bu və ya digər amillərinə toxunaraq bir daha Azərbaycan dövlətinin hansı dəyərlərə söykəndiyini sübut etdi. Ölkə başçısı ilk növbədə böyük rəğbət hissi ilə Şuşanı və işğal altında olan digər torpaqlarımızı öz qanı,canı bahasına azad edən Vətən övladlarını anaraq qeyd etdi ki, məhz bu övladlar haqqında bu gün bütün dünyada danışılır, xalqımıza dərin hörmət bəslənilir.

Xalqımızın əyilməz ruhunun rəmzi olan Şuşanın, həmçının azad edilmiş digər torpaqların yaxın zaman çərçivəsində yeni-daha müasir sima alacağını vurğulayan ölkə başçısı qeyd etdi ki, müharibədən dərhal sonra tarixi abidələrin bərpası istiqamətində fəaliyyətə başlanılıb. Hazırda isə genişmiqyaslı quruculuq işləri üçün infrastruktur layihələr hazırlanır. Bir sözlə ,Şuşanın dirçəldilməsi geniş vüsət alıb.

Tarixi gerçəkliklərə diqqət çəkən ölkə başçısı Ulu Öndərimizin hakimiyyətə gəlişındən sonra istər milli birlik zəminində, istərsə də beynəlxalq aləmdə Azərbaycanın inkişafına dərin önəm verildiyini qeyd etdi. Prezident yüksək inam hissi ilə bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, eləcə də Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq.

Müharibənin bütün  dünya üçün fəlakət olduğuna diqqət çəkən Azərbaycan Prezidenti bizim heç vaxt müharibə istəyində olmadığımızı  bildirdi. Eyni zamanda son günlər Ermənistanda revanşist qüvvələrin yenidən gücləndiyini, çox təəssüf ki, ayrı-ayrı xarici qüvvələrin buna dəstək verdiyini, xüsusilə Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etdiyini önə çəkdi. Məğrur xalqın məğrur oğlu açıq bəyan etdi ki, bu silahların verilməsi pik həddə çatsa, "bizdən heç kim inciməsin."

Ölkə başçısının 10 May görüş iştirakçıları qarşısındakı çıxışı həm də dünyaya Azərbaycanın qüdrətini bir daha nümayiş etdirən bir mesaj oldu!