Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Əmircan Bələdiyyəsinin sədri
Hər bir dövlətin tarixində, əlamətdar günlər var. Bu əlamətdar günlər uzun illər, bəzən də əsrlər boyu tarixdə qalır. Xoşbəxt o dövlətdir ki, şanlı tarixi olsun. Xoşbəxt o insandır ki, özündən sonra onun davamçısı və ictimai-siyasi ideyalarını, məqsədlərini nümunəvi şəkildə həyata keçirən siyasi varisi olsun.
15 İyun tarixi! Bu tarix Azərbaycan dövləti üçün əlamətdar gün olaraq, yaddaşlarda qalaraq tarixə düşüb. Bu tarix yuxarıda sadaladıqlarım xoşbəxt tarixlərdən biridir. Məhz 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələrək, ən yeni Azərbaycanın xoşbəxt gələcəyinə imza atdı! Ulu Öndərin bu tarixdə Azərbaycan xalqının qurtuluşu olaraq qayıtması, illər sonra yeni Azərbaycanın gələcək uğurlarının təminatçısına çevrildi.
28 ildən sonra, həmin bu gün Azərbaycanın tarixinə yenidən şanlı tarix kimi bir daha yazıldı. Bu ləyaqətli oğulun, güclü siyasi Liderin, Heydər Əliyev məktəbinin müdavimi olan cənab İlham Əliyev öz xalqına verdiyi gözəl bəxşişi idi. Belə ki, həmin bu gün 15 iyun 2021-ci il tarixdə “Şuşa bəyannaməsi” imzalandı. “Şuşa bəyannamə”si Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətlərindən ibarətdir. Bu Bəyannamə xalqlarımızın soy kökünün bir olmasına, illər öncə 20-ci əsrin əvvəllərində Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, eyni zamanda, Ulu Öndər Heydər Əliyev “Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” deməsinin sübutudur. “Şuşa Bəyannamə”si düşmənə və bizi sevməyənlərə göz dağıdır.
11 vərəqdən ibarət olan, A4 vərəqində yazılmış “Şuşa Bəyannaməsi” Azərbaycan və Türkiyənin birgə qardaşlığının və bu iki dövlətin biri-birinə arxa-dayaq olaraq, irəli gedib, xoşbəxt gələcəyinə işarədir.
Yazılmış Bəyannamədə iki dövlətin əməkdaşlığının perspektivləri, gələcəkdə görüləsi ümumi işlər, bütün sahələri əhatə edən əməkdaşlıq, iqtisadi, xüsusi ilə də hərbi, informasiya mübadiləsi və eyni zamanda siyasi ənənələrə ehtiram nümayiş olunur. Müdafiə sahəsində olan birgə əməkdaşlığımız isə gələcəkdə hər hansı bir siyasi fors-majorların qarşısını almaqdan ötrü böyük nailiyyətdir. Belə ki, biz, bir millət iki dövlət olaraq, sanki bir ananın iki oğlu olaraq hər zaman birlikdə irəli, zəfərlərə doğru addımlayacağıq.
Bu yazını yazarkən, Ulu Öndər, Dahi şəxsiyyət Heydər Əliyevin illər öncə gələcəyə böyük inamla Şuşa haqqında dediyi sözlər yadıma düşür. “Arzu edirəm ki, sizlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür ! Hər bir Azərbaycanlı üçün iftixar bir nöqtəsidir! Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir.