Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının Əmircan qəsəbəsi Şahin Məhərrəmov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə toplantı keçirilmişdir. YAP üzvləri ilə görüşdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov və sədr müavini Salman Əbdülov iştirak etmişlər. Ərazi partiya təşkilatının sədr müavini Qızxanım Rəhmanova YAP üzvlərini salamlayaraq iclası açıq elan etdikdən sonra iclasın gündəliyində 2 məsələnin – ƏPT-da ideoloji işin gücləndirilməsi, səmərəliliyin artırılması ilə əlaqədar olaraq görülmüş, gələcək perespektivdə görüləcək işlər və ƏPT-nin sədrinin seçkisi haqqında məlumat verdi.
Qızxanım Rəhmanova yerli təşkilatın təlimatlarının icrası, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat - uçot işlərinin operativ və səmərəli aparılması, ideoloji işin məqsədyönlü qurulması, sosial şəbəkələrdə və dövrü mətbuatda partiya üzvlərinin fəallıqlarının artırılması ilə bağlı geniş məlumat verdi.
YAP üzvü Eldar Rüstəmov təmsil olunduqları peşə sahələrində aparılan islahatlar, yeniliklər haqqında, o cümlədən ƏPT üzvlərinin ictimai – siyasi həyatda rolu, onların fəallığı, ölkənin siyasi həyatında partiyaların rolu haqqında çıxış etdi.
Daha sonra Qızxanım Rəhmanova Arzu Quliyevanın ƏPT-nin sədri kimi namizədliyini irəli sürdü. ƏPT-də təmsil olunan üzvlərin səsverməsi nəticəsində Arzu Quliyeva sədr seçilmişdir.
SondaYAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək bildirmişdir ki, Əmircan qəsəbəsi Şahin Məhərrəmov küçəsi 1 ünvanında yerləşən ərazi partiya təşkilatında partiya işinin təşkili qənaətbəxşdir. Bundan sonra da ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması və üzvlərin uçot operativliyi, dəqiqliyi diqqət mərkəzində saxlanılmalıdır.