Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

Suraxanı rayonunda YAP üzvləri ilə görüşlər uğurla davam edir

“Heydər Əliyev İli” ilə əlaqədar YAP Suraxanı rayon təşkilatı tərəfindən təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə Qaraçuxur qəsəbəsi “AB” yaşayış sahəsi Abbas Fətullayev küçəsi ünvanında yerləşən ərazi partiya təşkilatında (Suraxanı Tibb Mərkəzi) tədbir keçirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Tədbiri giriş sözü ilə açan Suraxanı Tibb Mərkəzinin direktoru Ələkbər Tağıyev Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsindən xilas edərək inkişaf yoluna çıxardığını bildirib. O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisi üçün geniş imkanlar yaradıb, torpaqlarımız işğaldan azad edilib, ölkəmiz böyük nailiyyətlərə imza atıb.


Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov YAP üzvləri qarşısında ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-lərdə üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə ətraflı çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.


Tədbirdə Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulmuş şəxslərə üzvlük vəsiqələri təqdim olunub.