Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir

Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
27 may 2024-cü il tarixdə Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbdə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində maarifləndirici tədbir keçirilmişdir
Tədbirdə Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərova, YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev, Fərəh Məcidzadə və məktəbin müəllim-şagird kollektivi iştirak etmişlər.
Öncə məktəbin foyesində yaradılmış ekologiya ilə bağlı sərgiyə baxış olmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü, dövlət müstəqilliyi, suverenliyi uğrunda canını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunmuşdur.
Daha sonra YAP Suraxanı rayon təşkilatnın təqdim etdiyi “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə həsr olunmuş “Göy Dəniz, Yaşıl Dağ, Güllü Diyar Mənimdir” adlı sənədli film konfrans iştirakçılarına təqdimat edilmişdir. Sənədli film təbiətin qorunması sahəsində dövlətin və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi səmərəli ictimai fəaliyyətdən bəhs edir.
Tədbiri giriş sözü ilə açan Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin direktoru Elmira Ələkbərova bildirdi ki, yerli təşkilat tərəfindən ərsəyə gətirilən sənədli film əyani tədris materialıdır və şagirdlər tərəfindən izlənməsi vacibdir.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev çıxış edərək bildirdi ki, çəkilən sənədli filmin əsas məqsədi rayon ərazisində ölkə Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin “Yaşıl Dünya Naminə Həmrəylik İli” ilə bağlı sərəncamının yüksək səviyyədə həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Daha sonra təşkil olunan açıq dərsdə çıxış edən YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə qeyd etdi ki, məktəblilərin ekologiyaya, ətraf mühitə qarşı həssas təlim-tərbiyəsinin təşkili vacib amildir.
Sonda Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış bədii hissə tədbir iştirakçılarına təqdim olunmuşdur.