Şanlı tariximizin “Böyük Qayıdış”ı

Şanlı tariximizin “Böyük Qayıdış”ı

Şəfəq İbişova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 76 nömrəli tam orta məktəbin direktoru

Məlum olduğu kimi, işğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur.  Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir.

 Bu sənədə əsasən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir.  Şanlı Zəfər Qarabağımıza  parlaq gələcək üçün yollar açmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharbəsində qazandığı Zəfər nəticəsində torpaq həsrətini çəkən keçmiş məcburi köçkün vətəndaşlarımız doğma yurdlarına  qayıdırlar.

27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərində 44 gün davam edən müharibədə torpaqlarını Ermənistanın işğalından azad edən Azərbaycanda “Böyük Qayıdış” istiqamətində həyata keçirilən tədbirlər, köçkünlərin öz ata-baba yurdlarına qaytarılması prosesi  Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə həyata keçirilir. İşə ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal dövründə yerləşdirdiyi minaları təmizləməklə başlayan Azərbaycan rəhbərliyi eyni zamanda bölgənin ilk infrastruktur layihələrinə də start verib.

İlk köç Zəngilan rayonunun  Ağalı kəndinə aparılıb. 58 nəfərdən ibarət 10 ailə Ağalı kəndinə köçərək öz evlərində məskunlaşıb. Kənddə  alternativ enerji mənbələri, ekoloji istilik və ağıllı işıqlandırma sistemlərindən istifadə etməklə 200 fərdi yaşayış evi tikilib. Həmçinin  360 yerlik məktəb, 60 yerlik uşaq bağçası, sağlamlıq ocağı, marketlər təşkil edilib.

Görülən işlər, aparılan islahatlar onu deməyə əsas verir ki, işğaldan azad olunmuş bütün əraziərimiz ən qısa zamanda, ən yüksək keyfiyyət və həyat standartları çərçivəsində yenidən qurulacaq və Qarabağ bölgəsinin əvvəlki şöhrəti özünə qayıdacaq.   Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə “Böyük Qayıdış” ın uğurla həyata keçirilməsi Azərbaycan xalqı üçün qürur, fəxarət, eyni zamanda "Qarabağ Azərbaycandır!" həqiqətinin dünyaya bir daha möhtəşəm bəyanı oldu.