Prezident “Euronews” telekanalına verdiyi müsahibəsində bir çox müddəaları xüsusi vurğulamışdır

Prezident “Euronews” telekanalına verdiyi müsahibəsində bir çox müddəaları xüsusi vurğulamışdır
Fidan Həbibova 
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikası sosial-iqtisadi inkişafının sürətlənməsi və ölkəmizin getdikcə dünyanın lider dövlətinə çevrilməsi beynəlxalq təşkilatların və fondların ölkəmizə olan marağını artırıb. Bu baxımdan ölkə rəhbərliyinin təşəbbüsü ilə respublikamızda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər beynəlxalq fondların da diqqətini cəlb edir. Uzun illər əvvəl ölkəmizdə təbiəti mühafizə sahəsində həyata keçirdiyi uğurlu siyasətə görə Prezident İlham Əliyevin Almaniyanın dünyada böyük nüfuza malik olan Mixail Zukkov Fondunun ali mükafatı ilə təltif olunması onu göstərir ki, Azərbaycanın beynəlxalq proseslərin iştirakçısı olmaqla yanaşı onlara istiqamət verən və böyük təsirə malik olan dövlətlərdəndir.
Enerji mənbələrinə və xammala artan tələbat əsasən neft, təbii qaz və kömür də daxil olmaqla ənənəvi yanacaq növləri hesabına təmin edilir. Bu da Yer kürəsində ciddi ekoloji problemlərin yaranmasına səbəb olur. Vəziyyətdən çıxış yolu kimi bərpa olunan enerji resurslarına –“yaşıl enerji”yə keçid göstərilir. Azərbaycan artıq qlobal proseslərin içərisindədir və baş verən hadisələrin əsas iştirakçılarındandır. Əslində Azərbaycanın həm COP29-a, həm Qoşulmama Hərəkatına, həm də iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan beynəlxalq proseslərin iştirakçısı olmaqla yanaşı onlara yön verməyə qadir olan dövlətlərdəndir. Bu, artıq digər güc mərkəzlərini maraqlandırdığı kimi Azərbaycanı da maraqlandırır. Yəni, bu proseslər önəmlidir. Xüsusilə də COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq birliyin Azərbaycana olan etimadının göstəricisidir.
İqlim dəyişikliyi məsələsi artıq ümümbəşəri bir prosesdir və onun qarşısının alınması yollarını beynəlxalq birlik müzakirə edir.Ölkələrarası uğurlu əməkdaşlığın və dünya ekoloji problemlərinin həllinin əsası kimi dəyərləndirən Azərbaycan “yaşıl enerji” sektorunun inkişafına yönələn siyasət həyata keçirir. Cari il noyabrın 11-dən 24-dək Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 ölkəmizin bərpa olunan enerjinin istehsalı və tranziti sahəsində regional liderliyini möhkəmləndirməklə yanaşı, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə rolunu gücləndirəcək. Çünki rəsmi Bakının ekoloji siyasətinin ana xəttində həmişə bu prinsip özünü qabarıq göstərir - ətraf mühit sərvətimiz, sağlamlığımız və rifahımızdır.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində aşağıdakı müddəaları xüsusi qeyd etmişdir: Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli üzvü kimi hər zaman bildirir ki, ekoloji problemlərin həll edilməsi üçün birlikdə işləmək zəruridir və COP29 belə qlobal müzakirələrin aparılması üçün güclü platformaya çevriləcək. Bu mənada 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin də qarşıdakı qlobal müzakirələrə töhfə verəcəyinə əminlik yaradır.