Məlahət Əliyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 278 nömrəli tam orta məktəbin direktoru
Dünya miqyaslı siyasətçi, dünya dövlətləri tərəfindən şəxsiyyətinə böyük hörmət və ehtiram göstərilən Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə 2-ci dəfə hakimiyyətə gəldiyi vaxtdan istər qonşu dövlətlərlə, istərsə də dünyanın bütün dövlətləri ilə beynəlxalq əlaqələri qurmağa, genişləndirməyə başladı. O, böyük şəxsiyyət Azərbaycanın inkişafını dünya dövlətləri sırasında layiqli yer tutmasını bunda görürdü. İlk növbədə regionda böyük təsir gücünə malik olan Rusiya dövləti ilə 1993-cü ildə Rusiya prezidenti B.Yeltsinlə görüşüb danışıqlar apardı. 1993-cü ilin sentyabrın 24-də Azərbaycan MDB-ə daxil oldu. 1994-cü ildə işğalçı Ermənistan dövləti ilə atəşkəsin əldə edilməsinə nail oldu. 1996-cı ildə “Qafqaz bölgəsində sülh, sabitlik, təhlükəsizlik” haqqında Azərbaycan – Gürcüstan bəyənnaməsinin imzalanmasına nail oldu. 1994-cü ildə Bakı – Tbilisi Ceyhan Neft kəmərinin çəkilməsinə aid 8 böyük dövlət arasında əsrin müqaviləsi imzalandı.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin apardığı həm daxili, həmdə xarici siyasət 30 – illik düşmən tapdağı altında olan torpaqlarımızı 44 gün müddətində düşməndən azad etdi, bir daha Azərbaycan xalqının qəhrəman xalq, qürurlu millət olduğunu sübut etdi. Xalq öz rəhbəri ətrafında sıx birləşdi. Torpaqlarımızın azadlığı uğrunda şəhidlər verdik. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik.
Azərbaycan hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı adlanan quruma 1992-ci ilin 30 yanvarında qəbul edilmişdir. Hal-hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya dövlətləri ilə apardığı uğurlu siyasət, Azərbaycan dövlətinin dünya miqyasında tanınmasına lider dövlət kimi öz sözünü söyləməsinə nail olmuşdur.
Cənab Prezidentin və ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın daima Xalqın içərisində olması onların hər xırda ehtiyaclarına diqqət etmələri xalqımızın xoşbəxt gələcəyindən xəbər verir. Artıq Azərbaycan dövləti həm bölgə, həm də dünya miqyasında lider dövlət kimi tanınır və öz sözünü deyir. Belə ki, 2021-ci ildə ölkəmizin BMT – dən sonra dünyada ən böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi uğurla davam etdirilib. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycan üzv dövlətlərin təşkilata yenidən 1 il sədrlik etmək müraciətini qəbul edib.
Azərbaycan dövlətinin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Türk dövlətləri Təşkilatının VIII Zirvə Görüşündə 44 günlük vətən müharibəsində Qələbə münasibəti ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması tarixi Qələbəmizə verilən ən böyük qiymətdir. Qüsursuz xidmət edən hərbçilərə dövlət tərəfindən mənzillər verilir. Bütün hərbi şəhərciklər əsaslı şəkildə təmir edilir. O cümlədən azad edilmiş torpaqlarda böyük işlər görülüb - hərbi şəhərciklər, bazalar, hərbi təyinatlı yollar, infrastruktur və s. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Bu, çox bahalı texnikadır və o texnologiya elədir ki, vaxtaşırı dəyişdirilməlidir. Biz bunu edirik və edəcəyik. Çünki öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunmalıdır. Dövlət bunu edir və yerlərdə məmurlar da bunu heç vaxt unutmamalıdır.
Azərbaycan dövlətinin günü-gündən artan beynəlxalq nüfuzu Prezident cənab İlham Əliyevin ədalətli, qətiyyətli, düzgün xarici siyasətinin nəticəsidir.