Dilbər Əzizova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 104 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan bu gün dünyada ərazi bütövlüyü tam təmin olunmuş suveren dövlət kimi qəbul edilir. Ermənistan üzərindəki tarixi qələbə və ötən il Qarabağda keçirilən antiterror tədbirindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. Son illər Azrəbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Həm dövlət başçımız İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də respublikamıza gələn dövlət və hökumət başçıları ilə keçirilən görüşlər təsdiq edir ki, Azərbaycanın və onun liderinin nüfuzu gündən-günə yüksəlir.
Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərdir. Dünyanın kifayət qədər nüfuzlu təşkilatı olan Ş.Ə.T.-lə ölkəmizin əlaqələri davamlı olaraq inkişaf edir. Bildiyimiz kimi 2024-cü il iyul ayının 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində “ Ş.Ə.T. plyus ” formatında görüş keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Görüş zamanı Qazaxıstan prezidenti Kasım Comərd Tokayev çıxış üçün sözü çox böyük ehtiramla dövlət başçımıza verdi. Dövlət başçımız çıxışa başlayarkən Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısına dəvətə görə Qazaxıstan prezidentinə təşəkkürünü bildirərək qeyd edib ki, bu mənim son iki ildə Qazaxıstana dördüncü səfərimdir. Həmin müddətdə Qazaxıstan prezidenti Azərbaycana üç dəfə səfər edib. Bu, ölkələrimizin arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, Ş.Ə.T.-in zirvə toplantısına dəvət olunur. Dövlət başçımız qeyd etmişdir ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayə Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmə imkanı verib. Bakı-Tibilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Dövlər başçımız qeyd etdi ki, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət limanın illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir.
Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu, avtomobil infrastrukturu uğurla fəaliyyət göstərir. Daha sonra dövlət başçımız 2023-cü ilin sentyabrında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etməsi məsələsinə toxundu. Azərbaycan Ermənistanın 30 illik işğalına son qoydu və B.M.T-nin təhlükəsizlik şurasının 30 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını hərbi–siyasi vasitələrlə təmin etdi.
Azərbaycanın multilateralizmi fəal şəkildə dəstəklədiyini qeyd edən dövlət başçımız bildirmişdir ki, biz 20.12.2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik. Üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini,Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformsının əsasını qoyduq.