Növbəti uğurlu addım
Zakir Cəfərov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 43 saylı ŞP-nın həkimi
Prezident İlham Əliyevin istər daxili, istərsə də xarici uğurlu siyasəti nəticəsində ölkəmiz böyük inkişaf yolu keçib, dövlətimizin qüdrəti və iqtisadiyyatı daha da artıb. Azərbaycanın beynəlxalq arenada nüfuzu daha da güclənib. Dövlət siyasətinin başlıca prioritetlərindən biri xalqımızın rifahı və milli maraqları oldu. Şübhəsiz ki, Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib.
Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı.
Böyük Britaniya İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini müdafiə edərək, onun ərazi bütövlüyünü dəstəkləmişdir. BMT TŞ-də Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Təhlükəsizlik Şurasının sədri adından hazırlanan və Azərbaycanın əleyhinə olan bəyanat layihəsi BMT-nin TŞ-nin daimi üzvü olan Böyük Britaniyanın vetosu ilə qəbul edilməmişdir. Qardaş Pakistan da 44 günlük müharibə dövründə Azərbaycanın yanında olduğunu açıq nümayiş etdirmişdir.
BMT Təhlükəsizlik Şurasının Laçın dəhlizi ilə bağlı sonuncu iclası 16 avqust 2023-cü il tarixində baş tutdu. Ermənistan bu qurumdan “Qarabağ əhalisinə qarşı aclıqdan silah kimi istifadə edilməsinin” pislənməsini və Laçın dəhlizinin dərhal açılmasının tələb edilməsini gözləyirdi. Lakin Azərbaycan dövlətinin və prezidentimizin uğurlu siyasəti nəticəsində Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu.
Son olaraq öz adımdan bildirmək istəyirəm ki, həm Azərbaycan Respublikasının vətəndəşı , dövlətinə xidmət edən bir həkim və YAP-ın üzvü kimi Prezidentimizin uğurlu və uzaqgörən siyasətini dəstəkləyir və bu yolda uğurlar arzu edirəm.