Milli Qurtuluşun fövqündə müasir Azərbaycan gəncliyi..

Milli Qurtuluşun fövqündə müasir Azərbaycan gəncliyi..

Aysun Əliyeva

YAP Suraxanı rayon təşkilatının gənc fəalı

Azərbaycan  Dillər Universitetinin  tələbəsi

Gənclik böyük tükənməz qüvvədir. Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü, yüksək əxlaqlı, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacib amildir.  Bu gün müasir Azərbaycan gəncliyi qarşısında davamlı olaraq yenilənən çağırışlar dayanır.  Əminliklə qeyd edə bilərik ki müasir Dövlət Gənclər Siyasəti gənc nəslin ictimai-siyasi həyatındakı rolunun artmasına,  ölkənin aparıcı qüvvəsinə çevrilməsinə bütövlükdə kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

Dövlətin gənclərə göstərdiyi diqqət və dəstəyin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Gənclik millətin inkişafının təməl daşıdır. Azərbaycanın  Dövlət Gənclər Siyasətinin əsas istiqamətlərindən biri də gənclərimizin vətənpərvərlik,  Azərbaycançılıq, dövlətçiliyə və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasıdır. Bu baxımdan ümumtəhsil məktəblərinin ən vacib məsələlərindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır.  Ekoloji qanunvericilik milli strategiyalar və beynəlxalq əməkdaşlıq bu siyasətin əsas sütunlarını təşkil edir.

İstər tanıdığım gənclər arasında,  istərsə də digər uğurlu gəncləri görəndə düşünürəm ki,  bir vaxt mən də Azərbaycan gənci kimi bu ölkənin yükünü çiyinlərimə almaqdan qürur hissi keçirəcəyəm. Bu məsuliyyətli işi layiqincə yerinə yetirməm üçün tariximi, ədəbiyyatımı,  keçmişimi və gələcəyimi mükəmməl şəkildə öyrənməli , hansı sahədə olursa olsun Azərbaycanımı layiqli şəkildə tanıtdırmağa çalışmalıyam.

Bizi ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası əqidə birliyimizdir. Gənclər müxtəlif yollarla Yeni Azərbaycan Partiyasına  qoşulurlar. Hərəsinin bir məqsədi bir məramı olur. Mənim Yeni Azərbaycan Partiyasına gəlişim sırf layiqli davamçılıq niyyəti ilə olmuşdur.  Mənim ailəmdə mənə ötürülən  böyük əmanətin yükünü çiyinlərimdə daşımağa namizədəm. Bilirəm ki, yolum uzundur. Öyrənməli olduğum çox şey var. Amma onu da bilirəm ki, eşqlə inamla etimadla gedən yol çətin olmaz.

Milli Qurtuluş Ulu Öndər Heydər Əliyev tərəfindən gerçəkləşdirilməsəydi bugünkü gəncliyimiz böyük problemlərlə qarşılaşardı. Dövlətimizlə yanaşı gəncliyimiz də məhv olmaq təhlükəsi ilə qarşı- qarşıya qalmışkən Ulu Öndər Heydər Əliyev həm dövlətimizi həm də dövlətimizin gələcəyi olan gəncliyimizi xilas etdi.

Bugün biz gənclərin qarşısında bir çox çağırışlar durur. Lakin bizim ən böyük vəzifəmiz  Ulu Öndər Heydər Əliyevin milli qurtuluş və yeni Azərbaycançılıq ideyalarını  öyrənmək,  yeni nəsillərə ötürməkdən ibarət olmalıdır.

Bugün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa Azərbaycan gəncliyinin ən yaxın dostu olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazır olmalıdır və hazırdır.