MİLLİ ORDU QURUCULUĞUNDA DÖNÜŞ

MİLLİ ORDU QURUCULUĞUNDA DÖNÜŞ

Dadaş Baba-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nın sədri

Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru

Dövlətin əsas gücünü xalq və ordusu təşkil edir. Dövlətimizi və dövlətçiliyimizi qoruyan əsas qüvvə ordumuzdursa ordumuza güc verən isə xalqın birliyi və dövlət siyasətidir. Dövlətin müstəqilliyi onun ordusunun qüdrətindən bilavasitə asılıdır.

Əsası 1918-ci ildə qoyulan ordumuz 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının həyata keçirdiyi mühüm tədbirlərdən biridir. 1918-ci il 26 iyun tarixində  ilk hərbi hissə-əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin yaranmasına əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət orduya çağırış haqqında hökümət fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsası qoulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Tarixi varislik ənənəsinə uyğun olaraq Ümummilli Liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Dövlətimizin müstəqillik qazandığı ilk illərdə mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da uğursuzluqlara səbəb olmuşdu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışı bu sahədə də mövcud vəziyyətin yaxşılaşdırılmasına,ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul oldu.

Ordu dövlətin tam nəzarətinə keçdi. Azərbaycan Ordusunun müasir müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələribu gün NATO standartlarına cavab verən səviyyədədir.Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişsaf ,təkmilləşdirmə dövrünü yaşayır.

Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi fəaliyyəti ordumun xalqımızla birliyi Ulu Öndər Heydər Əliyevin qurduğu ordunun ənənəsinin davamı olaraq bütün dünyaya boyük zəfərimizin vasitəsilə Azərbaycan ordusunun böyük qüdrətini nümayiş etdirdi.