Milli Məclisin VII çağırış ilk iclası

Milli Məclisin VII çağırış ilk iclası

Zəkiyə Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il sentyabr ayının 23-də Milli Məclisin VII çağırış ilk iclasında deyir:” II Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Suverenliyimizin bərpa edilməsi ölkə qarşısında yeni imkanlar açdı “.

Daha sonra cənab Prezident qarşıda duran ən mühüm vəzifələri açıqlayıb; birinci ən mühüm məsələ hərbi gücümüzün artırılmasıdır. Bunun üçün hərbi-sənaye komplekslərinin yaradılması ölkəmizin hərbi sahədə qüdrətlənməsinə böyük təkan verəcək. Qeyd olunub ki, biz müharibənin nəticələrini dünyaya qəbul etdirə bildik. Qarabağ və Şərqi Zəngəzurun bərpasının da qarşıda duran vacib vəzifə olduğunu söyləyib.

Prezidentimiz cəmiyyətimizi maraqlandıran quru sərhədlərimizin açılmasına dair məsələyə aydınlıq gətirirkən bildirib ki,  sərhədlərimizin bağlı olması bizi bir çox bəlalardan qoruduğunu,  xalqımızı anlayış göstərməyə, dözümlü və səbrli olmağa  çağırdı. Dövlətin atdığı addımlara cəmiyyətimiz hörmətlə yanaşmalı,  bu  da bizim təhlükəsizliyimiz üçün lazımdır. Ətrafımız müharibə çənbəridir. Şimal qonşumuz olan Rusiya müharibə aparır, İran da həmçinin... Ermənistan tərəfdən təhdidlər mövcuddur. Revanşist əhval-ruhiyyəsi ilə yaşayan, xarici havadarlarının səyi nəticəsində silahlandırılan Ermənistan sülh müqaviləsini imzalamağı müxtəlif bəhanələrlə uzadır. Biz bilməliyik ki, hələ müharibə bitməyib. Azərbaycan xalqı,  Azərbaycan dövləti öz haqqını almaqda israrlıdır. Qərb dövlətləri hər vəclə çalışır ki, sülh müqaviləsi Azərbaycanın əsas tələbləri olmadan imzalansın. Biz buna heç cürə razı ola bilmərik.

Xüsusi bir məqam da odur ki, Azərbaycana qarşı informasiya müharibələri davam edir. Erməni lobbisi müəyyən media qruplarında Azərbaycanın üzərinə gələrək, haqlı ikən haqsız duruma salmağa çalışırlar. Qarabağı Azərbaycanın tarixi ərazisi olduğunu deyil, işğal olunmuş ərazi kimi göstərməyə çalışırlar. Bu isə Azərbaycanın haqq işinə, zəfərinə kölgə salmaqdır.   

Biz bir cəmiyyət olaraq, müharibə dövründə olduğu kimi bugün də həmrəy, həmfikir olmalı, birlik nümayiş etdirməliyik.

 

 

 `