Makronun Azərbaycan qazı ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır
Elşad Həsənov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü, siyasi şərhçi
Məlum olduğu kimi, Fransa prezidenti Emmanuel Makron “France 2” telekanalına müsahibəsində əsl simasını ortaya qoydu. Bir daha bəlli oldu ki, Makron simasız olmaqla yanaşı, Fransa kimi bir dövlətin maraqlarını erməni lobbisinə satdı. Cənab Prezident İlham Əliyev bütün əsassız ittihamlara MDB Dövlət Başçıları Şurasının iclasında Paşinyanın üzünə qarşı sərt reaksiya verdi.
Ən təəccüblüsü odur ki, ötən il Fransada prezident seçkiləri ərəfəsində Nikol Paşinyan Makronun kürəyindən vuraraq onun əsas rəqiblərinin qanunsuz olaraq Qarabağa səfər etməsinə şərait yaratdı. Üstəlik, bu səbəbdən bütün bunlardan sonra Fransadaki erməniər əsasən Makronun rəqiblərinə səs verdilər. Gözlənilirdi ki, ən azı bütün bunlardan sonra Makron növbəti prezidentliyi dövründə heç olmasa tərəfsiz mövqedən çıxış edəcək, bunlardan dərs çıxaracaq. Ancaq bunun tam əksi oldu.
Digər tərəfdən, Makron müsahibəsində qazla bağlı ağ yalan danışıb. Makron müsahibəsində “Fransa Azərbaycandan qaz alımır” deməklə bir növ qazın Fransaya heç bir aidiyyəti olmadığını iddia etsə də, reallıq başqadır. Necə yəni almır? Fransanın nəhəng “Total” şirkəti Azərbaycanın “Abşeron” yatağında əsas operatorlardan biridir, Dövlət Neft Şirkəti ilə birgə 50 faiz paya malikdir. Avroittifaqın enerji maraqları Fransa prezidenti üçün hansısa əhəmiyyət kəsb etmir.
Makronun siyasi simasızlığını ortaya qoyur: “Əvvəla, Makron bütün müsəlman dünyasına mənfi münasibət bəsləyir. Bunun nəticəsidir ki, onun Əlcəzair səfəri biabırçılıqla nəticələndi. Onu həmin ölkədən qovdular. Makron bütün siyasi etik qaydaları pozaraq ermənidən çox erməni kimi özünü göstərdi. Makronun Azərbaycan qazı ilə bağlı səsləndirdiyi fikirlər reallıqdan uzaqdır. Məsələ ondadır ki, Fransanın məşhur “Total” neft şirkəti 90-cı illərdən Xəzərdə fəaliyyət göstərir. Bir sıra layihələrin həyata keçirilməsində iştirak edir. Üstəlik, “Abşeron” yatağında əsas paya malikdir. Bundan başqa, Bakı-Tbilisi-Ceyhan neft kəmərində Fransa şirkəti paya malikdir. Bütün bunlar Makronun yalanını ortaya çıxarır. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinə töhvə verir.
Ancaq Fransa Aİ-nin üzvü olsa da Makron bunu görməzdən gəlir. Təkcə bunun özü Makronun necə qeyri-ciddi siyasətçi olduğunu göstərir. Yəni, Aİ-nin enerji maraqları Makron üçün hansısa əhəmiyyət kəsb etmir. Bunu nəzərə alsaydı, o zaman belə kobud siyasi səhv buraxmazdı. Bu, həmin Makrondur ki, Zelenskini Ukraynanın ərazi bütövlüyü məsələsindən imtina etməyə çağırırdı. Özünə hörmət edən, Fransa kimi ölkəni təmsil edən dövlət başçısı bunu etməz. Ancaq bəlli olduğu kimi, bunların heç biri Makronda yoxdur. Çünki o, Fransanın maraqlarını düşünmür, onun üçün başlıca prioritet ermənilərin maraqlarından çıxış etməkdir.
Makron bütün bu yanlış addımları atmaqla, Fransanın dövlət maraqlarını zərbə altında qoyur.