Litva ilə perspektivli əməkdaşlıq istiqaməti

Litva ilə perspektivli əməkdaşlıq istiqaməti

Xuraman Eyvazova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 268 saylı uşaq bağçası və körpələr evinin müdiri

Azərbaycan  aktiv şəkildə dünya ölkələri ilə siyasi münasibət və iqtisadi əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan Prezidentinin Litvaya səfəri də bu istiqamətdəki fəaliyyətin davamıdır.  Azərbaycanın kifayət qədər geniş nəqliyyat loqistika imkanları var. Bu imkanlar davamlı olaraq genişlənir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Litva rəhbəri ilə görüşündən sonra vurğuladı ki, sözügedən istiqamətdə Bakı ilə Vilnüs arasında geniş əməkdaşlığın qurulması hər iki tərəfin marağındadır.

Litva ilə Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. Ötən il Litva prezidenti Azərbaycanda səfərdə oldu.  Bu səfər zamanı tərəflər arasında əməkdaşlığın səviyyəsi müzakirə olunub. Litva prezidentinin ölkəmizə səfəri dövründə bir sıra istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdı.  Tərəflər arasında son görüşdə də əməkdaşlığın daha da inkişaf  etdirilməsi  üzrə imkanlar müzakirə predmeti oldu.

Ölkə prezidenti həm də Cənubi Qafqazdakı vəziyyətlə bağlı Litva prezidentini məlumatlandırdı. Bu da çox əhəmiyyətlidir. Çünki prezident İlham Əliyev bütün platformalarda ölkəmizin haqlı mövqeyini əsaslandırır. Son səfər çərçivəsində Litva rəsmiləri də Azərbaycanın sülhün əsas təşəbbüskarı olması, bu istiqamətdə baxışlarımızın nədən ibarət olduğu barədə məlumatlandırıldılar. Bu da ölkəmizin kifayət qədər güclü olan siyasi mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyevin Litvaya səfəri bir daha onu göstərdi ki, Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanları var və daha da genişlənir.