İnanıram ki, hamı yekdilliklə İlham Əliyevə səs verdi
Şahvələd Əhmədov
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin müəllimi
2024 cü il fevral ayının 7-si Azərbaycan xalqının 1991-ci il prezident seçkilərindən indiyədək keçirilən seçkilərdən ən yadda qalan Prezident seçkisi oldu. Bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir.
Azadlığı suverenliyi uğrunda əsrlər boyu mübarizə aparan Azərbaycan xalqı ilk dəfə daxilimizdə yaşayan həmişə xəyanət yolu tutan erməniləri torpaqlarımızdan qovdu. Bu sevinc kiçikdən böyüyə hamımızın arzusu oldu. Qalib Ali Baş Komandanımız bu qələbəmizin memarı oldu. Ordumuzu, xalqımızı bir yumruq altında birləşdirərək cənab Ali Baş Komandan İlham Əliyev cəmi 44 gün ərzində düşməni məğlub edib, Şuşanı azad etdi. Bu, İkinci Qarabağ müharibəsinin sonu oldu. Lakin Qarabağın tacı olan Şuşadan sonra Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Xankəndi erməni şeytanlarında qalırdı.
Otuz il bizim tarixi yerimizi, Pənahəli xan tərəfindən salınan şəhəri qanunsuz zəbt edən şeytanlar məhz orada da öz süqutunu özləri təsdiq etmişlər. Xankəndi şəhəri əzəli düşmənimiz olan Stepan Şaumyanın adı ilə Stepanakert adlanırdı. İgid oğullarımız separatçıları sentyabr ayında antiterror əməliyyatı ilə məhv etdilər. Ona adı verilən Stepanakert alındı.
Hörmətli Ali Baş komandan 7-fevral seçkilərində məhz Xankəndində ailə üzvləri ilə səs verdi. Bu həminki şeytan ermənilərə həm də onların havadarları olan qüvvələrə bir mesaj oldu. Bu seçki ermənilərdən azad olmuş ilk dəfə suveren torpaqlarımızda keçilirdi. Bu seçkinin gözəlliyi onda idi ki, elə bil seçicilər hansısa toya, bayrama gedirdilər. Səhər tezdən insanlar dəstə-dəstə, gülə-gülə seçkiyə gedirdilər. Çoxdan idi ki, xalqımız qələbə sevincini seçkidə göstərməyə gedirdi. Hamı bir səslə yekdilliklə İlham Əliyevə səs verdi.
Bəlkə də seçici kağızında elə bir adam tapılmazdı ki, başqa bir namizədə səs versin. Hamı həsrətlə hörmətli Prezidentimizin andiçmə mərasimini gözləyirdi. Həsrətlə gözlədiyimiz o gün 14 fevral gəldi. Milli Məclisdə təntənəli andiçmə mərasimi keçirildi. Hamı qalib Ali Baş Komandamızın çıxışını səbirsizliklə gözləyir, İlham Əliyev dövlətimizə ali qanuni Azərbaycan Respublikası Konustusiyasına və İslam dünyasının ali qanunu müqəddəs “Qurani-Şərifə” əl basaraq and içdi.
Xalqımız inanır ki, qələbə sevinci yaşadan Azərbaycan Respublikasının cənab Ali Baş Komandan İlham Əliyev hakimiyyətdə olduğu dövrdə xalqımız firəvan yaşayacaq, iqtisadi yüksəliş dövrü keçirən Azərbaycan dünyanın ən inkişaf etmiş ölkəsi olacaqdır.
Biz erməni tabutuna son mıxı vurduq!
Yaşasın Ali Baş komandan, Yaşasın Azərbaycan xalqı!
Allah şəhidlərimizə rəhmət,qazilərimizə can sağlığı versin.