İdman sahəsində qazandığımız uğurlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu və reytinqini qat-qat artırır

İdman sahəsində qazandığımız uğurlar ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu və reytinqini qat-qat artırır

Əfqan Vəlizadə

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Hər bir ölkə, xalq üçün sağlamlıq vacib amillərdəndir. Dünya şöhrətli siyasətçi, Ümummilli lider, Ulu öndər Heydər Əliyevin təbirincə desək, sağlam düşüncə tərzi həm də tarixi-mədəni irsin əsas daşıyıcı qüvvəsidir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk dövrü xatırlasaq görərik ki, 1990-1993-cü illərdə Azərbaycanda idman tamami ilə bərbad hala salınmış, demək olar ki, yox səviyyəsində idi. Yalnız Ulu öndər Heydər Əliyevin ölkəyə qayıdışından sonra idmana və idmançılara diqqət və qayğı artdı.

Ümumilli lider, Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ölkəmizdə idman sahəsinə göstərdiyi diqqət və qayğı göz önündədir. Cənab İlham Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2000-ci ildən Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli Olimpiya kompleksi inşa olunub. İdmançılarımızın sosial vəziyyətinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. Hər vədini əməli fəaliyyəti ilə doğruldan Cənab Prezident İlham Əliyev 2005-ci ildə imzaladığı fərmanla martın 5-i Azərbaycanda İdman və Bədən tərbiyəsi Günü kimi qeyd edilir. Cənab Prezident İlham Əliyev idmana yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdü, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis etmişdir.

Macarıstanda keçirilmiş Avropa çempionatında güləşçilərimiz ölkəmizi layiqincə təmsil edərək, böyük qələbə ilə Vətənə qayıdaraq xalqımızı sevindirmişlər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə qazanan idmançılarımız ümumilikdə 16 medal qazanaraq, həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular. Cənab Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə 8 aprel 2022-ci il tarixində keçirtdiyi görüş, Cənab Prezidentin idmana və idmançılara olan qayğısının əyani göstəricisi və bariz nümunəsidir.

Bu görüşlər həm də gənc idmançılarımızı daha da ruhlandırır. “İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda, idman uğurlarımızdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Gənclərin Vətəni ləyaqətlə təmsil etdiklərini, hər bir vətəndaşın öz əməyi ilə ölkəmizi gücləndirdiyini diqqətə çatdıran cənab Prezident İlham Əliyev deyib: “Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”. Qalib ölkənin qalib vətəndaşları olaraq, Prezidentimizlə və xalqımızla qürur duyuruq!

Yaşasın Azərbaycan!