Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində ”Hesabat Konserti” keçirilmişdir

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində  ”Hesabat Konserti” keçirilmişdir

31.05.2022 – ci il tarixində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin “Şuşa ili” ilə bağlı keçirilən tədbirlər çərçivəsində ”Hesabat Konserti” təşkil olunmuşdur.

Hesabat konsertində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru Elvina Əhmədova qonaqları salamlayaraq açıq elan etmişdir. Elvina Əhmədova bildirmişdir ki, Şuşa milli mədəniyyətimizin mərkəzidir. “Şuşa ili” çərçivəsində həyata keçirilmiş mədəni-kütləvi tədbirlər Şuşanın gənc nəsillər arasında tanıdılmasında böyük rol oynamaqdadır.

Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllim-şagird kollektivinin hazırladığı bədii kompozisiyalar, müsiqi nömrələri və rəqslər nümayiş olunmuşdur.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirmişdir ki, Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi dövlətimizin diqqəti nəticəsində bərpa olunaraq yenidən müsiqisevərlərin ixtiyarına verilmişdir. Əziz Əzizov Suraxanı rayonunda fəaliyyət göstərən Uşaq mədəniyyət, incəsənət və musiqi məktəblərinin rayonda həyata keçirilən tədbirlərdə fəal iştirak etdiyini vurğulamışdır.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov öz növbəsində gözəl konsert tədbiri üçün Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin şagird-müəllim kollektivinə öz dərin  minnətdarlığını ifadə edərək bildirmişdir ki, artıq Şuşa azaddır və beynəlxalq səviyyəli mədəniyyət tədbirləri Şuşada keçirilməkdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində Şuşanın azad olduğunu vurğulayan Vüqar Seyidov xüsusi qeyd etmişdir ki, bugünkü kimi hesabat konsertlərinin məhz Şuşa şəhərində keçirilməsini arzu edir.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxış edərək bildirdi ki, ali rəhbərliyin mədəniyyət sahəsinə olan diqqəti sayəsində gənc nəsillərimiz milli mədəniyyətimizi dərindən öyrənmək üçün böyük imkanlar əldə etməkdədirlər. İbrahim Əliyev qeyd etmişdir ki, Şuşa ili çərçivəsində Bakı şəhərində yerləşən mədəniyyət və incəsənət ocaqları tədbirlər həyata keçirməkdədirlər.