Cənab Prezidentin son müsahibəsi mahiyyətinə görə dərin, məzmunca çox geniş olmuşdur

Cənab Prezidentin son müsahibəsi  mahiyyətinə  görə  dərin,   məzmunca   çox geniş  olmuşdur

Şəms Həşimova 

YAP Suraxanı rayon  təşkilatının üzvü

Suraxanı rayonu 208 nömrəli tam orta məktəbin müəllimi

 

Prezident  İlham Əliyevun  yerli  televiziya  kanallarına  10 yanvar  2023-cü ildə  verdiyi müsahibə bir mox maraqlı məqamlarla yadda qalmışdır. Dövlətimizin başçısı  müsahibədə  jurnalistlərin  Azərbaycanda 2021-ci ildə sosial- iqtisadi sahələrdə görülən  işlərə   Azərbaycan ilə  Ermənistan  arasındakı  münasibətlərə   işğaldan azad edilmiş  ərazilərdə  aparılan  yenidənqurma   işlərinə  ölkəmizin  xarici siyasətinə  və digər  məsələlərə  dair  suallarını  cavablandırıb.

Cənab Prezident  İlham Əliyevin  yerli  televiziya  kanalları  nümayəndələrinə  müsahibəsi  mahiyyətinə  görə  dərin,   məzmunca   çox geniş  olub keçdiyimiz yola  yekun vurur və gələcək  hədəflərimizi  müəyyənləşdirdi. Yanvarın 10-da  baş tutmuş  müsahibə  yeni  fikirlərə görə əvvəlkilərdən fərqlənirdi. Məsələn. ilk dəfə   Cənab Prezident  Qərbi Azərbaycandan  olan soydaşlarımızın 1988-ci  ildə tərk etmək  məcburiyyətində  qaldıqları  yurdlarına, indiki Ermənistana  qayıtmaları üçün müvafiq  tədbirlərin görüləcəyini  bildirdi. Məxsusi olaraq  qeyd etdi k, həmin kəndlərdə heç kim yaşamır və azərbaycanlıların ora qayıtması Ermənistanın  da marağında olmalıdır. Çünki, Ermənistan  regionda   yeganə monodövlətdir və müasir  dünyada  bu müsbət  qarşılanmır.

Sərhədlərin delimitasiyası və demarkasiyası  məsələlərinə  gəldikdə isə, olduqca  dəqiq  şəkildə  ifadə  etdi ki, bunda daha çox erməni tərəfi maraqlı olmalıdı. Müharibədən sonra  dəfələrlə  sərhəd məsələlərinin  həllinə  cəhd etməyimizə  baxmayaraq, ermənilər   müxtəlif  bəhanələrlə  yayınırlar. Hazırkı  faktiki  sərkədləri biz  müəyyənləşdirmişik . Bu isə bizi qane edir.

Sualları  cavablandırarkın  müvafiq  dairələrə  olduqca   mühüm  mesajlar  ünvanlayan  Prezident müharibə  bitsə də, mübarizə hələ davam  edir deməklə bərabər, müxtəlif təhdidlərə baxmayaraq  bütün  bu mübarizənin  sonunda  yenə də bizim qalib  gələcəyimizi  özünəməxsus əminliklə vurğuladı.

Dövlətimizin başçısı  ötən  ilin  avqustunda  Laçının  düşməndən  təmizlənməsi, azad edilmiş  ərazilərimizdəki  bərpa-quruculuq  işləri, insanlarımızın həmin yerlərə  qayıdışı  barədə  dedikləri  də xeyli təsirli oldu. Prezident bu haqda demişdir: “avqustun 26-da biz  Laçına  girdik və o unudulmaz  anları, unudulmaz  hissləri bir  daha  yaşadım. Bu, doğrudan da həm emosional  bir  gün idi, həm də qürurverici... Amma  onu da bildirməliyəm ki, laçınlılar,  xüsusilə  Laçın şəhərində yaşayan insanlar, bir  qədər ümidsiz idilər. Çünki danışıqlar zamanı, Ermənistan tərəfi Laçını  azərbaycana  hem  qaytarmaq haqqında  heç danışmaq da istəmirdilər.Əfsuslar olsun,  keçmiş  Minsk qrupunun  həmsədrləri də hesab edirdilər ki, Laçın rayonu  Ermənistana  verilməlidir. Ona görə laçınlılar  daha  ümidsiz  idilər... Amma  ,məncə,  ən tez  öz doğma   ocaqlarına  qayıdanlar  laçınlılar olacaq.’’

Laçın-Xankəndi yolundakı ekoaksiyada  iştirak edən gənclərimizlə bağlı söylədikləri  fikirlər çox  əhəmiyyətlidir. İlk növbədə, o gənclərə ,,eşq olsun!’’demişdir. Prezident: ”Onların bizim fəxrimizdir. Gecə-gündüz  şaxtalı-qarlı  havada  oradadırlar  öz haqlarını  tələb edirlər  və bir daha  Azərbaycan  gəncinin   nə qədər  yüksək  keyfiyyətlərə malik   olmasını  bütün  dünyaya   göstərirlər.’’

Göründüyü  kimi Azərbaycan  Prezidentinin media  nümayəndələri və onlar  vasitəsilə də xalqla,  geniş ictimayyətlə  hər  təması parlaq  məqamlarla  yaddaşlara həkk olunur. Bu təmaslar, bu çıxışlar  və müsahibələr  müasir  tariximizi  yeni uğurlu səhifələrlə zənginləşdirəcək və  Azərbaycanın  növbəti  qələbələrinin müjdəçisi olacaq.