Çexiyadan Azərbaycana geniş tərkibli iş adamlarından ibarət nümayəndə heyəti gəlmişdir
Sevinc Məmmədova
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Azərbaycan–Çexiya münasibətləri yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, enerji və müdafiə sənayesi sahələrində geniş və qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərinə malikdir. Bu isə gələcəkdə əlaqələrin daha da dərinləşəcəyindən xəbər verir.
Qəbələdə keçirilən görüş çərçivəsində iqtisadi əməkdaşlıq məsələləri xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, tərəflər arasında iqtisadi sahədə həyata keçiriləcək konkret layihələr və təşəbbüslər müzakirə edilmişdir ki, bu da əməkdaşlığın praktik mərhələyə keçdiyini göstərir.
Səfər çərçivəsində Çexiyadan Azərbaycana geniş tərkibli iş adamlarından ibarət nümayəndə heyətinin səfəri və biznes forumun keçirilməsi iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür platformalar yeni tərəfdaşlıqların qurulmasına və mövcud layihələrin inkişafına şərait yaradır.
Hazırki struktur əsasən enerji ixracına söykəndiyindən, tərəflər ticarətin daha balanslı və şaxələndirilmiş formada inkişaf etdirilməsini prioritet hesab edirlər. Iki ölkə arasında ticarət dövriyyəsinin 800 milyon dollardan artıq olması iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir. Lakin
Çexiyanın təcrübəsi, Azərbaycanın potensialı müdafiə sənayesi sahəsində əməkdaşlığı da inkişaf etdirə bilər. Uzun illərdir davam edən bu əməkdaşlıq yeni mərhələyə keçərək birgə istehsal layihələri ilə daha da genişlənə bilər. Azərbaycanın müdafiə sənayesinin inkişafı və yerli istehsal potensialının artırılması istiqamətində apardığı siyasət Çexiya kimi bu sahədə təcrübəli tərəfdaşlarla əməkdaşlığı daha da aktuallaşdırır.