Bülbülə Şəhidləri ehtiramla yad ediliblər
18 yanvar tarixində Vətən Müharibəsi şəhidləri Əsədov Səbuhi Azər oğlu, Əliyev Yunis Zaur oğlu, Orucov Səbuhi Vahid oğlu və 2022-ci ilin sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Şəhid olmuş Həsənov İbrahim Şöhrət oğlunun doğum günləri ilə əlqədar Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələrinin nümayəndələri tərəfindən şəhidlərin Bülbülə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındakı məzarları ziyarət edilmiş, məzarları üzərinə güllər düzülmüş və dualar oxunmuşdur.
Şəhidlərin ad günündə qəhrəman vətən övladlarına və onların ailələrinə qayğı göstərməyə cəmiyyətimizin daima borclu olduğunu ifadə edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən bütün şəhidlərimizin xatirəsinin əziz tutulduğunu vurğulamışdır. Yerli təşkilatın sədri Ali rəhbərin Vətən Müharibəsi şəhidlərinə olan diqqətinin hər kəsə nümunə olduğunu bildirmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidlərin ailə üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.