Brüssel görüşü parlaq diplomatik qələbələrimizin ən yüksək zirvələrindən biridir
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin Baş fond müdiri
Bu günlər ölkəmizin ürəyi Brüsseldə döyünürdü. Belə ki, 2022-ci il aprel ayının 6-sında Belçikanın paytaxtı Brüsel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında sülh danışıqları ilə bağlı görüş keçirildi. Təxminən 5 saat çəkən görüşdən sonra Şarl Mişel mətbuata belə bir açıqlama verdi ki, “mümkün sülh sazişinin hazırlanması məqsədilə birlikdə sülh danışıqları üçün konkret prossesə başlamaq qərarına gəldik.” Tərəflər 2022-ci ilin aprelin sonunadək birgə sərhəd komissiyasının yaradılması, quru və dəmir yollarının açılmasını da razılığa gəliblər. Azərbaycan XİN bəyanatında deyilir ki, “Brüsel görüşü Azərbaycanın maraqları, regionun sülh və əminamanlığı naminə atılan mühüm addımdır.”
2020-ci ilin 9-10-u noyabr üçtərəfli bəyanatına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviqi üçün humanitar addımların davam etdirilməsi geniş müzakirə olunub. Prezident İlham Əliyev qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş barədə məlumat verib. Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsiplərini, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqavilələrinin hazırlanması üzrə işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarı vurğulayıb.
Bu görüş haqqında ilkin məlumatı kütləvi informasiya vasitələrindən əldə etdim. Kadrlardan aydın hiss olunurdu ki, Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin simasında bir məmnunluq, özgüvən vardır. Bu da təsadüfi deyildir. Çünki o qalib ölkənin Prezidentidir. Bu görüş 2020-ci ilin 27 sentyabrından 8 noyabradək 44 günlük müharibədə əldə etdiyimiz parlaq qələbəmizin təzahürüdür. Azərbaycan bu görüşə Fərrux yüksəkliyində bayrağımızın ucaldılması kimi siyasi və hərbi üstünlüklə qədəm qodyu. Məlumdur ki, bütün müharibələrin sonu sülhlə bitir. Bizim haqq işimiz uğrunda apardığımız bu müharibə də sülh müqaviləsi ilə yekunlaşacaq. Azərbaycanın xeyrinə qəbul edilmiş sülh şərtləri gələcəkdə ölkəmizi dünyada daha güclü və söz sahibi bir dövlətə çevrilməsində daha bir addım olacaqdır. Bu əsası Ümumilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın növbəti parlaq qələbəsidir. Türkiyə mətbuatı “Barış üçün bir önəmli addım atıldı” başlıqlı məqaləsində bu görüşün böyük əhəmiyyəti olduğunu qeyd edir. Ermənistan müxalifəti bu görüş barədə öz fikirlərini söyləyərkən "ATƏT-in Minsk" qrupu və keçmiş Dağlıq Qarabağın statusu haqqında bir kəlimə də danışılmadığını görərək “Biz Qarabağı itirmişik.” kimi öz məyyusluqlarını bildirmişlər.
Bu tarixi qələbəmiz münasibəti ilə başda Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandanımız,YAP-ın sədri İlham Əliyev olmaqla, bütün xalqımızı təbrik edirəm.
Yaşasın müstəqil Azərbaycan Dövləti! Qarabağ Azərbaycandır!