BMT Baş Assambleyasının 80-ci sessiyası keçirilib

Sənan Əliyev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 23 saylı şəhər poliklinikasının baş həkimi
2025 - ci il sentyabrın 25-də ABŞ - da Nyu York şəhərində BMT Baş Assambleyasının 80-ci sessiyası keçirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmin sessiyada çıxış edərək bildirib ki, 1992-ci ildə başlamış Ermənistan Azərbaycan münaqişəsi nəticəsində bir milyona yaxın insan öz yurdundan didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir, on minlərlə insan həyatımı itirmiş, etnik mənsubiyyətinə əsasən faciəvi şəkildə qətlə yetirilmişdir. İşğal olunmuş ərazilərdə bütün infrastruktur məhv edilmişdir. Eko və etno genocid törədən erməni silahlı qüvvələri tərəfindən tarixi mədəni,dini abidələr yerlə bir edilmişdir.
1992-ci ildə təsis edilmiş ATƏT -in Minsk qrupunun həmsədrləri otuz il ərzində bu sahədə əməli tədbirlər görməmişlər, halbuki BMT- min münaqişə ilə bağlı dörd qətnaməsi qəbul olunmuşdur. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyd şərtsiz azad edilməsi tələb olunurdu. Lakin bu qətnamələrin icra mexanizmi olmadığından kağız üzərində qalırdı. ATƏT -in Minsk qrupunun həmsədrləri isə münaqişənin həlli ilə məşğul olmaqdansa yalnız əsası olmayan məlumatlar verirdilər.
2020-ci il sentyabrın 27 də Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünü müdafiə hüququndan istifadə etməyə məcbur qaldı, otuz ildən artıq işğalda olan ərazilərin azad edilməsi üçün 44 gün ərzində ölüm dirim savaşı başladı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu və Azərbaycan xalqı birləşərək 44 gün ərzində əraziləri düşməndən azad edilməsi üçün bütün imkanlardan istifadə etdi. Dünya mediasında saxta informasiyalarla mübarizə aparmaq üçün cənab Prezident tərəfindən dünyanın aparıcı media resurslarına müsahibələr verildi və həqiqətlər səsləndirildi.
İqtidar, ordu, xalq birliyi 44 günlük Vətən müharibəsində qələbəni şərtləndirdi. Otuz il ərzində ATƏT-in Minsk qrupunun edə bilmədiyi, BMT-min dörd qətnaməsi yerinə yetirilməsi təmin edildi, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu. Bütün bunlar və diğər aktual məsələlər növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı qeyd olundu.
Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin, diplomatiyasının növbəti uğurudur.