Biz gənc olaraq öz vəzifə və məsuliyyətlərimizin fərqində olmalıyıq
Kübra Əliyeva
Bakı Dövlət Universitetinin tələbəsi
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Bu il gənclər günü çox əlamətdar bir zamana təsadüf edir. Respublikamızın müqəddəratı həll olunur. Bu həlledici məqamda mən də bir gənc olaraq bütün gənclərimizə tövsiyyə edərdim ki, düzgün seçim etsinlər. Çünki, biz gənclər dövlətimizin qayğısını öz üzərimizdə hiss edirik.
Ərazi bütövlüyümüzün bərpası, məcburi köçkünlərin öz yurdlarına qaytarlıması prosesinin başlanılması, gənclərə hər sahədə yaradılan şərait, önümüzdə açılan geniş imkanlar hamısı bizə qarşı olan diqqətin nümunəsidir. Bizim bu seçkilərdə qürurla iştirak etməyimizin ən böyük səbəbi də elə məhz gəncliyimizdir. Hansı ki, bu gənclər öz qanları və canları bahasına düşmənin kürəyini yerə vurdular, onlara diz çökdürdülər və bizi müharibəsiz xoşbəxt bir gələcəyə qovuşdurdular. Biz belə oğullar yetişdirən, böyüdən və boya başa çatdıran bütün anaların qarşısında baş əyir, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə sağlamlıq arzu edirik. Xalqımız onları heç bir zaman unutmayacaq. Azərbaycan var olduqca, igid övladları da onunla bərabər yaşayacaqdır. Onların bizə miras qoyduğu bu vətəni qorumaq, inkişaf etdirmək və dünyada tanıtmaq isə artıq biz gənclərin vəzifəsidir.
Bu yolda ilk addımımız dövlət başçısının yenidən və bir daha düzgün seçilməsidir. Qarşıdan gələn növbədənkənar prezident seçkilərində biz düzgün seçim etməliyik. Bizim Yeni Azərbaycan Partiyası olaraq namizədimiz İlham Heydər oğlu Əliyevdir. Biz öz namizədimizi ona görə dəstəkləyirik ki, onun gördüyü işlər göz qabağındadır. Həm bir vətandaş olaraq, həm də Yeni Azərbaycan Partiyasının bir üzvü olaraq onun xarici və daxili siyasətini dəstəkləyirəm. Ölkə daxilində iqdisadi-siyasi sabitliyin olması xarici siyasətin düzgün aparılmasından xəbər verir. Bunun nəticəsidir ki, İlham Əliyevin başçılığı ilə ordumuz antiterror əməliyyatlarını da uğurla başa çatdırıldı. Fəxr duyuram ki, bu tarixi anların məndə canlı şahidi olmuşam. Tarix bu qələbəni, bu igidliyi unutmayacaq.
Yuxarıda vurğuladığım kimi, gəncliyimizlə fəxr edirik. Halhazırda gənclər həyatımızın sosial, iqdisadi və siyasi sahələrində fəal iştirak edirlər. Azərərbaycan gəncliyini daim dəstəkləyən Ulu öndər Heydər Əliyev “gənclər gələcəyimizdir” deyərək bizə daim güvənmiş, inanmış və arxalanmışdır. Bu gün onun bizə miras qoyduğu Müstəqil Azərbaycan Respublikasının və Yeni Azərbaycan Partiyasının inkişafına nail olmaq bizim üzərimizə düşür. Mən də bir Azərbaycan gənci olaraq öz üzərimə düşən vəzifəni dərk edirəm və məsuliyyətli olmağa çalışıram. Mənim cəmi 19 yaşım var və mən elə məhz bu səbəbdən keçən il, 18 yaşım olduqdan sonra Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sıralarına qoşuldum. Tam səmimiyyətimlə deyərdim ki, yaxşı ki, bu partiyaya qoşulmuşam. Mən burda hər şeydən öncə bir ailə qazandım. Bu partiya artıq mənim ikinci evimə çevrilib. Bayaqda vurğuladığım kimi, biz bir gənc olaraq öz vəzifə və məsuliyyətlərimizin fərqində olmalıyıq. Məndə bunun fərqindəyəm və elə buna görə də Azərbaycan Konsitutisiyasına əsaslanan hüququmdan istifadə edərək üz namizədimə səs verəcəm. Və qürurluyam ki, mənim ilk səsverməm Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunduğu bir vaxta təsadüf edir. Eyni zamanda qürurluyam ki, cənab İlham Əliyev kimi Müzəffər Ali Baş Komandana səs verəcəm.
Uzun müddətdən sonra ilk dəfə işğaldan azad olunmuş ərazilərimizdə seçkilər keçiriləcək. Təsəvvür edirsiniz, biz burda, Suraxanıda səs verərkən bizim həmyaşıdlarımız Xankəndin də, Xocalı da, Ağdərə də və digər işğaldan azad olunmuş torpaqlarımızda səs verəcək. Bu necə də möhtəşəm səslənir. Son olaraq isə bunu demək istəyirəm ki, mən bütün gəncləri vətənimiz naminə, xalqımızın rifahı üçün öz hüququnuzdan istifadə edərək səsvermə də iştirak etməyə, eyni zamanda düzgün seçim etməyə dəvət edirəm.
Yaşasın Azərbaycan!!!
Yaşasın Azərbaycan xalqı!!!
Var olsun Azərbaycan gəncliyi!!!
2 fevral Gənclər Gününüzü səmimi qəlbdən təbrik edirəm!!!