Ayşən Xankişiyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan və Türkiyə qardaşlığı təkcə regionda deyil, dünyada məlum bir faktdır. Bu fikirləri cənab Prezident İlham Əliyev 21 iyul-da "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Mediya Forumunun açılış mərasimində deyib. Türkiyə və Azərbaycan arasında möhkəm dostluq ve qardaşlıq əlaqələri var, bu danılmaz bir faktdır. Təsadüfü deyil ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan seçkilərindən sonra ilk səfərini Azərbaycana edib. Prezidentimiz də seçkilərdən sonra ilk səfərini Türkiyəyə etmişdi.
Qardaş ölkə 44 günlük müharibə dövründə bizim yanımızda olub. Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı bizim üçün çox böyük bir dəstək idi. Prezident çıxışında bildirdi ki, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, eyni zamanda Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir. Xalqımızla, ordumuzla, qəhrəmanlarımızla fəxr etməmək mümkün deyil. Şuşaya çatmaq üçün bizim qəhrəman əsgərlərimiz və zabitlərimiz yüngül silahlarla, qarşılarında topla, tankla, artilleriya ilə silahlanmış düşmənlə üz-üzə, bəzi hallarda əlbəyaxa döyüşlərdə ölümə gediblər.
Forumun sonunda isə Prezidentimizə müraciət edərək bildirib ki, sizə səbirli olduğunuz üçün təşəkkür edirəm. Əminəm ki, siz bu müzakirələr sayəsində ölkələrinizə çox yaxşı nəticələrlə qayıdacaqsınız. Bizim hökumətimiz üçün də müəyyən maraqlı ideyalar, istiqamətlər olacaqdır. Sonuncu təklifim isə ondan ibarətdir ki, bu forum müntəzəm olaraq keçirilsin və buna “Birinci Şuşa Qlobal Media Formu” adı verilsin.