Birinci Qarabağ Müharibəsi şəhid Nəriman Həmidov anım günündə ehtiramla yad edilib

Birinci Qarabağ Müharibəsi şəhid Nəriman Həmidov anım günündə ehtiramla yad edilib

28 oktyabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə 208 saylı tam orta məktəb təşkil etdiyi Birinci Qarabağ Müharibəsi şəhidi Həmidov Nəriman Qəzənfər oğluna həsr olunmuş tədbirdə iştirak etmişlər.

Anım tədbiri Şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət himnin səslənməsi ilə başlamışdır. Tədbiri giriş sözü ilə açan Bülbülə qəsəbəsi 208 nömrəli tam orta məktəbin direktoru Ləman Hacıyeva Vətən Müharibəsində şəhidlərimizin qanları ilə tarix yazdığını bildirdi. Birinci Qarabağ Müharibəsində canlarını qurban vermiş şəhidlərin öz əməlləri ilə İkinci Qarabağ Müharibəsində iştirak edənlərə və şəhid olanlara örnək olduğunu vurduladı.

YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Fərəh Məcidzadə çıxış edərək bildirmişdir ki, vətənpərvərlik məhz məktəbdən başlayır. Vətən Müharibəsində qələbəmizi bizə bəxş edən əsas amil də gənc nəsillərin doğru tərbiyə olunmasıdır.

Sonda Şəhid Həmidov Nəriman Qəzənfər oğlunun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.