Afaq Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 275 nömrəli tam orta məktəbin direktor müavini
Prezident İlham Əliyev cari ilin 24 oktyabr tarixində Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı edib.O, öz çıxışında bir çox mühüm məqamlara toxunub.Azərbaycanın logistika cəhətdən uğurlu mövqeyindən hər kəsin xəbəri var. Prezident İlham Əliyev də bu barədə danışaraq belə qeyd etdi: "Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.”
“Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq".
Şərq-Qərb Dəhlizi .Bu dəhliz əsasən Çindən başlayaraq Mərkəzi Asiya və Azərbaycan üzərindən keçərək Avropaya çatır. İpək Yolu tarixi ticarət marşrutunu xatırladan bu dəhliz Çin, Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qara dəniz, oradan isə Avropaya uzanır. Şərq-Qərb dəhlizi nəqliyyat xərclərinin azalmasına, ticarət və logistika sahələrində inkişafa dəstək verir.
Şimal-Cənub Dəhlizi.Bu dəhliz isə əsasən Rusiya, İran, Azərbaycan və Hindistan arasındakı ticarət axınlarını təmin edir. Bu marşrut Hind okeanından başlayaraq İran körfəzi, İran və Azərbaycan üzərindən Rusiyaya, oradan da Avropaya çatır. Şimal-Cənub dəhlizi Hindistan, İran və Rusiya arasında ticarət üçün əhəmiyyətli rol oynayır və daşınma müddətini xeyli qısaldır.
Hər iki dəhliz də Azərbaycandan keçdiyi üçün ölkə tranzit və logistika mərkəzinə çevrilir, həmçinin iqtisadiyyatını gücləndirir. Bu dəhlizlər təkcə ölkələrin iqtisadi əlaqələrini deyil, həm də onların mədəni və siyasi əməkdaşlıqlarını inkişaf etdirməyə imkan yaradır. Cənab Prezident İlham Əliyev noyabrda baş tutacaq ən böyük beynəlxalq iqlim konfransı olan COP29-un Bakıda keçirilməsindən danışdı. “Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur."