Dilarə Seyidova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin təşkilatçısı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Dövlət bayrağımızın yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır. Qısa zaman kəsiyində var olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan yüzlərlə qanun və qərarlar içərisində Dövlət Bayrağının qəbulu böyük əhəmiyyət kəsb edirdi. 1918-ci ilin iyunun 24-də üzərində ağ aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq AXC-nin ilk bayrağı kimi təsis edildi. Bu bayraq 1918-ci ilin noyabrın 9-da AXC-nin göy, qırmızı, yaşıl zolaqlardan ibarət yeni Dövlət Bayrağı ilə əvəz edildi. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi kimi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseyinzadədir.
Üçrəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə sadiqliyimizi nümayiş etdirir. Üçrəngli Dəvlət bayrağı Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası binası üzərində qaldırılıdı və 1920-ci ilin aprel ayına, AXC-i süqut edənə kimi dövlət statusuna malik olmuşdur.
Dövlət Bayrağımıza yenidən qovuşmağımız isə tam 70 il sürdü. XX-ci əsrin sonlarında xalqımız dünyada gedən özünüdərk, özünəqayıdış kimi ideoloji proseslərdən kənarda qalmadı, 70 illik sovet əsarətindən qurtulmaq üçün küçə və meydanlara toplaşdı, azadlıq və müstəqillik şüarları ilə çıxış edirdilər. Mərkəz Moskvada xalqımıza qarşi qisasçılıq mövqeyində olan, ermənipərəst siyasət yeridən Sovet rəhbərliyinə qarşı çıxan böyük rəhbər Heydər Əliyev çox çətinliklə 1990-cı ilin iyul ayının 20-də paytaxt Bakı şəhərinə gəlsədə, o zamankı rəhbərlik ona Bakıda qalmasına imkan vermədi, vətəni Naxcıvana getdi. 1990-cı ilin sentyabr ayında Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilir.1990-cı il noyabrın 17-də Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR Ali Sovetinin keçirilən sessiyasında AXC-nin üçrəngli bayrağı NMR-nın rəsmi bayrağı kimi qəbul edildi.
Ümummilli Lider Heydər Əliyev bu barədə deyirdi: “90-ci il noyabrın 17-də biz burada, Naxcıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Yəni bunu biz küçə və meydanda qaldırmadıq, orada bu bayraq qaldırıldı. Amma biz bir dövlət kimi Naxcıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, Sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxcıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmalıdı. Çıxartdıq və qərar qəbul etdik ki,Naxcıvan milli bayrağı qəbul olunmalıdır-milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq.”
Milli dövlətçilik ənənələrimizin bərpasına, inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyev önəmli təşəbbüslə çıxış edərək, Naxcıvan MR Ali Məclisinin Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında məsələ qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin məsələyə baxılmış və Azərbay Respublikasının Ali Soveti “ Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında “ qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir.
Beləliklə dövlətçilik ənənələrimizin bərpası ilə yenidən müstəqil və azad bir dövlət qurmaq yolunu seçən, bu yolda bütün gücü ilə çalışan uzaqgörən siyasətçi, dahi rəhbər Heydər Əliyev belə deyirdi: ”Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçililiyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimızə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”
“Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”
Xalqı bir yumruq kimi öz dəyərləri ətrafında birliyə, diriliyə çağıran Ulu Öndər Heydər Əliyev vətəni, bayrağı sevməyi bir sonrakı nəsillərə miras olaraq ötürmüşdür. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konistitisiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir.
Dövlət Bayrağının təsviri Azərbaycan Respublikası Konistitusiyasının 23-cü maddəsi, həmçinin “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasnın 2018-ci il 2 noyabr tarixli 1331-VKQ nömrəli Konistitusiya Qanunu ilə tənzimlənir:Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir.
Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.
Dövlət Bayrağı, ölçüsündən asılı olmayaraq, onun rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir. Dövlət rəmzinə hörmət hər bir azərbaycanlının borcudur. Üçrəgli Dəvlət Bayrağımız bizə onu sinəsinə basaraq qanlı döyüşlərə gedən şəhidlərimizin əmanətidir. Bayraq- millətin, xalqın, dəvlətin var oluşu, sübutudur. Bayraq and yerimiz, güman yerimizdir. Bayraq-zəfərin müjdəçisidir. Tanrıya şükürlər olsun ki, Üçrəngli Dövlət Bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda vüqarla dalğalanır.
“Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir” deyən Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyev tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş ərazilərimizə ilk səfərində həmin torpaqlarımızda Azərbaycan Bayrağını ucaltdı!
Dünya var olduqca, sən də var ol, yaşa Azərbaycan Bayrağı! Əbədi və əzəli Azərbaycanın səmalarında vüqarla dalğalan!