Bayrağımız qürur mənbəyimizdir

 Bayrağımız qürur mənbəyimizdir

İxtiyar Nəcəfov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsini sədri

Müasir Azərbaycanın qurcusu Ümummili lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Soveti ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını rəsmi dövlət atributuna çevirdi. Bu tarix müasir Azərbaycan dövlətinin quruluşunun rəsmən başlandığı gündür. Həmin tarix haqqında Ümummilli Lider Heydər Əliyev belə deyib: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı.”

Ümummilli Lider Heydər Əliyev bir millətin həyatında dövlət atributunın dəyərini belə müəyyən edib: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”.  İndi dünyada müstəqil Azərbaycan dövlətinin olduğunu, onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi olduğunu bəyan edən Ümummilli Lider Heydər Əliyev deyirdi ki, kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir.”

Hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olmalı olduğunu tövsiyyə edən Ümummilli Lider Heydər Əliyev demişdir ki, bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun. Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyi siyasətinin əvəzolunmaz davamçısı, Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizimbayrağımız canımızdır, ürəyimizdir.”

Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında işğal olunmuş torpaqları işğaldan azad etdikdən sonra bayrağımız  Xankəndidə, Şuşada dlğalanır. Bunun belə olacağını Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-dəki çıxışında bəyan etmişdir. Bu gün Azərbaycanın üçrəngli dövlət bayrağı vətənin bütün güşələrində dalğalanaraq bu bayrağın göylərə ucalması, bir daha enməməsi üçün canlarını qurban verən vətən övladlarının ruhunu şad etməkdədir.

Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr Dövlət Bayrağı günü kimi qeyd olunur. Artıq beşinci ildir ki, bu bayram işğala son qoymuş Azərbaycanda keçirilir.