Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Hövsan bələdiyyəsinin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 2-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu
Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Prezident İlham Əliyev tədbirin açılışında iştirak edərək ilk öncə qonaqları və forumun təşkilatçılarını salamlayaraq bildirdi ki, ilk neft qaz sərgisi 1994 – cü ildə təşkil edimişdir və həmin sərgidən dərhal sonra Azərbaycan Beynəlxalq Neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı. Bu sərgi, ölkənin neft və qaz sənayesinin beynəlxalq səviyyədə tanıdılması və inkişafı baxımından mühüm əhəmiyyət kəsb edirdi.
1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, Azərbaycanın müstəqillik qazandıqdan sonra xarici sərmayələri cəlb etmək məqsədilə həyata keçirdiyi ilk böyük təşəbbüslərdən biri idi. 1994-cü ildə keçirilən ilk Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz və sabit inkişaf xətti birbaşa olaraq ümummilli lider Heydər Əliyevin uzaqgörən baxışları və strateji qərarlarının nəticəsidir. Həmin dövrlərdə Azərbaycan xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkəmiz ciddi iqtisadi çətinliklərlə üzləşirdi və beynəlxalq investorların diqqətini cəlb etmək üçün mühüm islahatlara ehtiyac vardı. Məhz Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi.
Ulu Öndərin gələcəyə baxan, qətiyyətli, inamlı və milli maraqlara söykənən siyasəti sayəsində Azərbaycan bu gün təkcə regionun deyil, bütün dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkəyə çevrilmişdir. Bu baxış və siyasi uzaqgörənlik bu gün də Azərbaycanın enerji gələcəyinin təminatıdır. Azərbaycanın "yaşıl enerji" gündəliyi, bərpa olunan enerji mənbələrinin inkişafını və iqlim dəyişikliyinə qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyev, bu sahədəki hədəfləri enerji potensialını "çox iddialı" olaraq qiymətləndirir.
2024-cü ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə qlobal iqlim siyasətində mühüm rol oynadı. Bu tədbir, ölkəmizin beynəlxalq nüfuzunu artırdı və qlobal iqlim diplomatiyasına verdiyi töhfəni bir daha nümayiş etdirdi. COP29-un Bakıda keçirilməsi, Azərbaycanın qlobal iqlim siyasətindəki mövqeyini və təşkilatçılıq qabiliyyətini göstərdi.