Azərbaycan və Türkiyə dostluğu bu gün bütün dünyanı heyran edib
Məlahət Əsədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru
Artıq neçə gündür ki, qardaş ölkə Türkiyədə baş verən əsrin fəlakəti hamımızın qəlbində bir ağrı, bir acı yaratmışdır. Axı biz iki dövlət, bir millət olaraq həmişə bir birimizin sevincinə sevinmiş, kədərinə kədərlənmişik. Qardaş türk xalqı həmişə “Can Azərbaycan”- deyərək, bizim başımızın üstünü alaraq bizə arxa dayaq olmuşlar. 44 günlük müharibə dövründə bizim ağrı acımıza ilk səs verən türk qardaşlarımız olmuşdur. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bizə düşmən olan ermənilərə: “Siz nə etsəniz məni qarşınızda görəcəksiniz,”- demişdir. Bax budur dostluğun, qardaşlığın bariz nümunəsi.
Biz də bu dəhşətli zəlzələ xəbərini eşidən kimi türk qardaşlarımıza ilk səs verən olduq. Azərbaycan Respblikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ilk zəng edən, kömək əlini uzadan oldu. “Azərbaycan və Türkiyə həmişə bir-birinin yanındadır” dedi. Azərbaycan və Türkiyə dostluğu bu gün bütün dünyanı heyran qoymuşdur.
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva baş vermiş zəlzələ ilə bağlı rəsmi instaqram səhifəsində paylaşım etmişdir. Türkiyə xalqına öz kədər hissini bildirərək ölənlərə allahdan rəhmət, yaralılara şəfa diləmişdir. Heydər Əliyev fondu tərəfindən təyyarələr, yük maşınları ilə tibbi ləvazimatlar, dərmanlar, reanimasiya avadanlıqları, səhra hospitalları, çadırlar, generatorlar göndərilmişdir.
Bu gün doğma Bakımızdan başqa Respublikanın bütün bölgələrində öz dəstəyini, yardımlarını göndərir. İsti paltarlar, yorğan-döşək, qida ət məhsulları, su, elektrik avadanlıqları, generatorlar, tibbi avadanlıqlar, çadırlar göndərilir. Təyyarələrlə, maşınlarla göndərilən yardımların ardı-ardası kəsilmir.
FHN-nin 800-ə yaxın xilasediciləri Türkiyənin zəlzəldən dağılan bütün şəhərlərində cani-dildən çalışırlar. Dağıntılar altından çıxarılan körpələri, uşaqları bir ürək ağrısı, göz yaşları ilə çıxarırlar. Zəlzələdən 128, 132 saat keçməsinə baxmayaraq dağıntılar altında körpə, orta yaşlı uşaqlar, 81 yaşlı qadını, yüzlərlə belə yaralların köməyinə çatıblar.
Fevralın 11-də Asan könüllülər, Böyük qayıdış könüllüləri zəlzələdən ziyan çəkənlərə psixioloji xidmət göstərmək üçün Türkiyəyə yola düşmüşlər. Bu gün qardaş Türkiyədə ölənlərin sayı 30 mindən çox, xilas olunanların yaralıların sayı 80 mindən çoxdur. Başın sağ olsun Türkiyə. “Biz səninləyik” Son ana qədər yardımlarımız, maddi yardımlarımız bitməyəcək. Köməyimizi əsirgəməyəcəyik.