Azərbaycan etibarlı tərəfdaşdır

Azərbaycan etibarlı tərəfdaşdır
Kəmalə Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktor əvəzi

Dünyada regional xarakterli iqtisadi təşkilatlar var. Bunlardan biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır. Doğrudur, Azərbaycan Respublikasının Qara dənizə birbaşa çıxışı yoxdur. Amma zamanında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmiz həmin təşkilata qəbul oldu. Həmin vaxt bu önəmli hadisə idi. Çünki bu təşkilat vasitəsilə ölkəmiz öz iqtisadi potensialını dünya ölkələrinə tanıtmaq imkanı əldə edirdi və etdi də. Bundan sonra isə 1994-cü ildə, ölkəmiz müstəqillik əldə etdikdən sonra tarixi  müqavilə imzalandı. Bu müqavilədən sonra isə, dünya dövlətləri, hətta dünyanın aparıcı dövlətləri özləri Azərbaycanı axtarmağa, onunla münasibət yaratmağa can atdılar.

Prezident İlham Əliyevin Bolqarıstana səfəri də bu siyasətin məntiqi davamıdır. Bu səfərə Cənab Prezidentin dünyada baş verən  prosseslərdən ustalıqla faydalanma qabiliyyəti kimi də yanaşmaq olar. Çünki,  məhz dünyada baş verən prosseslər Azərbaycanın əhəmiyyətini daha da artırmaqdadır. Heç kimə sirr deyil ki, dünyanın, xüsusən də qoca qitənin – Avropanın başlıca problemi Rusiyadan olan qaz asılılığından qurtarmaqdır.

Azərbaycanın karbohidrogen ehtiyatları isə buna kifayət qədər yardımçı ola bilər və elə olmaqdadır. Buna görə də  İlham Əliyevin Avropa ölkələrinə səfərlərində bu məsələ aydınca duyulmaqdadır. Bundan istifadə edən Prezidentimiz hamıya sübut edir ki, Azərbaycan təkcə xammal ixracatçısı yox, bütün sahələrdə etibarlı tərəfdaşdır. Məhz bu “etibarlı tərəfdaş” ifadəsini təkcə Bolqarıstanın deyil, Avropanın bütün liderləri qəbul edirlər. Bunu gözəl anlayan Prezident enerji diplomatiyasına istinad edib dünyaya göstərir ki, Azərbaycan təkcə xammal ixracatçısı deyil.

Yekun olaraq fikirlərimi cənab Prezidentin Bolqarıstanda olan səfəri zamanı səsləndirdiyi fikirlə yekunlaşdırmaq isdəyirəm: “Biz Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.” Heç kimə sirr deyil ki, Azərbaycan qarşıda hələ neçə-neçə böyük uğurlara imza atmaqda davam edəcəkdir.