Şəms Haşımova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin müəllimi
2020-ci il fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilmişdir. Bu seçkilərin fevral ayında keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təçkil etməkdir. 2020-ci il martın 10-da VI çağırış Milli Məclisin birinci iclası baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etmiş və nitq söyləmişdir.
Seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmişdir. Onlar seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü, həm də seçkilər gününü müsbət qiymətləndirmişdilər. Prezident çıxışında qeyd etmişdir, “Hesab edirəm ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat vermişdir”. Belə ki, Avropa İttifaqı tərəfindən verilmiş, Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır.
Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişdir. Siyarsi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmuşdur. Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir, bu mənada siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin böyük rolu vardır. Azərbaycan Prezidenti İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı deputatlara tövsiyə etmişdi ki, onlar seçildikləri dairələrdə fəal olsunlar, seçicilərlə daim təmasda olsunlar.
Prezident vurğulayıb ki, Azərbaycanın daxili problemləri ölkə daxilində həll olunmalıdır. Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələr onların həllinə birlikdə öz töhfələrini verməlidirlər. Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz.
Prezident İlham Əliyev çıxışı ilə Milli Məclisin yeni tərkibinə qanunverici orqan kimi mövcud qanunlara yenidən baxılması, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması, yeni qanunların qəbul olunması və qəbul olunanda beynəlxalq aləmdə baş verən proseslərə yüksək cavab verməsi ilə bağlı tapşırıqlar verərək, deputatların üzərinə ciddi tələb və vəzifələr qoydu.