27 Sentyabr Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub
Fərəh Hüseynova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 141 nömrəli tam orta məktəbin direktoru
Bu tarix Vətən müharibəsinin başlandığı gün, xalqımızın 30 illik işğala son qoymaq üçün ayağa qalxdığı gündür. Hər il bu tarixdə ölkəmizdə şəhidlərin xatirəsi böyük ehtiramla yad olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si Anım Günü kimi qeyd olunur.
1988-ci ildən başlayan Qarabağ münaqişəsi nəticəsində 300 mindən çox azərbaycanlı Ermənistan ərazisindəki doğma torpaqlarından didərgin düşdü. Ermənilər Dağlıq Qarabağda və ətraf rayonlarda etnik təmizləmə siyasəti həyata keçirdilər, kəndləri yandırdılar, evləri dağıtdılar. 1992-ci ilin fevralında Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca amansızcasına qətlə yetirildi
Bütün bu hadisələr beynəlxalq təşkilatların gözü qarşısında baş verdi. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxmasını tələb etsə də, bu sənədlər icra olunmadı. ATƏT-in Minsk qrupu da münaqişəni həll etmək əvəzinə, prosesi illərlə uzatdı.
2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələri yenidən təxribat törədərək Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutdu. Bunun nəticəsində hərbçilərimiz və dinc sakinlərimiz həlak oldu. Ali Baş Komandan İlham Əliyev dərhal əks-hücum əməliyyatının başladılması barədə əmr verdi.
Azərbaycan əsgəri sıldırım qayalardan qalxaraq Şuşaya daxil oldu və şəhəri düşməndən təmizlədi. Bu, müharibənin taleyini həll edən əsas döyüş oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti arasında imzalanan üçtərəfli bəyanatla müharibəyə son qoyuldu. Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana təhvil verildi.

Müharibədən sonra dövlətimiz azad edilmiş ərazilərdə böyük quruculuq işlərinə başladı. Füzuli, Zəngilan və Laçında beynəlxalq hava limanları inşa edildi. Ağdam, Şuşa və Zəngilan şəhərlərinin baş planları təsdiq edildi. “Böyük Qayıdış” proqramı çərçivəsində ilk köçlər artıq həyata keçirilir, azərbaycanlılar öz yurd-yuvalarına dönürlər.
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının birliyini, iradəsini və qətiyyətini təcəssüm etdirir. Bu gün biz şəhidlərimizin xatirəsini uca tutaraq onların qanı ilə azad etdikləri torpaqlarda möhkəm dayanırıq.