Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli məktəbin direktor müavini
Bu gün Qubadlı şəhərinin erməni işğalından təmizlənməsindən 4 il ötür. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 2020 – ci il oktyabrın 25 - də Qubadlı şəhərini işğaldan azad edərək üçrəngli bayrağımızı 30 il sonra həmin ərazilərdə qürurla dalğalandırdı.
Qubadlı rayonu erməni qəsbkarları tərəfindən 1993 -cü il avqustun 31- işğal edilmişdir. Rayonun işğalı 29997 nəfər soydaşımızı öz doğma yurdlarından ayrılmaq məcburiyyətində qoymuşdur. Bununla yanaşı 94 yaşayış məntəqəsi 7278 fərdi yaşayış evi, 64 inzibati bina,148 sosial, 161 mədəniyyət obyekti, 7 məscid. 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. Bu vəhşiliklərə baхmayaraq, qüdrətli Azərbaycan dövləti Qubadlını geri aldı.
Hazırda Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktik işlər aparılır, rayonunun bütün kəndləri, o cümlədən Qubadlı rayonu yenidən qurulur. Baş plan ən müasir normalara uyğundur, eyni zamanda, Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınır. Cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayon və bölgələrə etdiyi hər bir səfəri bir tarixi hadisədir. Qubadlı rayonuna səfəri də həmin rayonda yenidənqurma işlərinin geniş vüsətlə həyata keçirildiyindən xəbər verir.
Qubadlının eləcədə digər bölgələrimizin azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!