“15 İyun – Milli Qurtuluş Günü” münasibətilə Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində tədbir keçirilib

Bu gün Azneft İstehsalat Birliyinin strukturunda olan Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən müəssisənin direktoru, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Kamran Cəfərov tədbir iştirakçılarını salamlayıb, bayram münasibəti ilə təbrik etdikdən sonra geniş nitq söylədi. K.Cəfərov qeyd etdi ki, 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü xalqımız üçün böyük ictimai, siyasi iradənin reallaşdığı tarixi əhəmiyyətə malik bir gündür.
Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixində taleyüklü möhtəşəm siyasi hadisə olmaqla dövlətçiliyimizi yox olmaq təhlükəsindən xilas edib.
Müəssisənin baş mühəndis-direktor müavini Rizvan Sadıqova çıxış edərək vürğuladı ki, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Hər bir azərbaycanlının qəlbində yüksək qürur hissləri yaradan Şanlı və tarixi qələbəmiz Azərbaycan xalqında milli oyanışa, yeni bir dirçəlişə, birliyə səbəb oldu.
Tədbirin yekununda Heydər Əliyevin həyatı, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə ölkəmizin inkişafı üçün gördüyü böyük işlərdən bəhs edən film izlənildi.