Şəhid Manaf Osmanov və Şəhid Səbuhi Orucov anım günlərində ehtiramla yad ediblər
 
                                                                                                    Anım günü münasibətilə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, Bülbülə Bələdiyyəsinin sədri Nəsib İsmayılov, Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elçin Seyfullayev, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri Bülbülə qəsəbəsinin Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Otuz ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
 
 
 
 
 
                     
	                                             
	                                             
	                                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                             
	                            