Suraxanı rayonunda şəhid Elnur Şahbazovun anım günü qeyd olunub

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşən Şahbazov Elnur Qədir oğlunun Anım günü münasibətilə Şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək dualar oxunub, ruhu böyük ehtiramla anılıb. Azərbaycanın bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdiri Elmar Hüseynov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına dərin minnətdarlıqlarını bildiriblər.